“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

Hazırda oxunan: “Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

597279

Rusiyanın "Zenit" klubu "Beşiktaş"ın kapitanı Orkun Kökçünü transfer etmək istəyib.

Bizim.Media xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün İstanbul nəhənginə 30 milyon avroluq təklif göndərib. Bu "Sabah" nəşri məlumat yayıb.
 

"Ağ-qaralar" rusların təklifini qəbul etməyib. Klub fantastik təklif gəlməyəcəyi təqdirdə futbolçunu satmaq niyyətində deyil.


Qeyd edək ki, "Beşiktaş" Orkun Kökçünü mövsümün əvvəlində "Benfika"dan 30 milyon avroya transfer edib.

Türkiyə millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və , 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO