İngiltərə Premyer Liqa klublarından “Vest Hem”in formasını geyinən Kurt Zumanın evindəki pişiklərə şiddət göstərdiyi görüntülərə etirazlar səngimir.
Bizim.Media xəbər verir ki, pişiyə təpik vurub bir neçə metr uzağa tulladığı videodan sonra futbolçuya ilk reaksiya “Vest Hem”nin evdə “Vatford”la oynadığı matçda azarkeşlərdən gəlib.
MÖVZU İLƏ BAĞLI:
Pişiyi təpikləyən futbolçu cəzalanacaq - VİDEO
Ardınca heyvanlara qarşı şiddətin qarşısını alan RSPCA dərnəyi fransalının evindəki pişiklərə sahib çıxıb. Dərnək hər 2 pişiyin evdən götürülərək sığınacağa yerləşdirildiyini açıqlayıb. Zumaya ikinci zərbə sponsoru “Adidas”dan gəlib. İdman geyim şirkəti daxili müzakirələrdən sonra yarımmüdafiəçi ilə əməkdaşlığı dayandırıb.
“Vest Hem” isə futbolçunu 2 həftəlik maaşını kəsməklə cəzalandırıb. Həmin məbləğ - 250 min funt sterlinq heyvan qoruma vəqflərinə bağışlanacaq.
Zuma sözügedən video yayımlandıqdan sonra üzr istəmişdi:
“Davranışım üçün heç bir üzrüm yoxdur, ancaq çox peşmanam. Görüntüləri izləyib məyus olan hər kəsə çox məyus olduğumu bildirmək istəyirəm”.
Yeri gəlmişkən, “Vest Hem”in baş məşqçisi Devid Moyes “Votford”la oyundan sonra Zumanı əsas heyətdə oynatmasını belə izah edib:
“Videonu izlədikdən sonra böyük məyusluq yaşadım. Heyvanları sevən və onlarla maraqlanan biriyəm. Ancaq işim “Vest Hem”in qələbəsini təmin etməkdir”.
Qeyd edək ki, Kurt Zumanın pişiklə qeyri-insani davranışını gülərək lentə alan qardaşı Yoan Zuma da klubu “Daginhem” tərəfindən cəzalandırılıb.
Bizim.Media