“Qalatasaray” “Yuventus”la oyuna ciddi itki ilə çıxacaq

“Qalatasaray” “Yuventus”la oyuna ciddi itki ilə çıxacaq

Hazırda oxunan: “Qalatasaray” “Yuventus”la oyuna ciddi itki ilə çıxacaq

596627

"Qalatasaray" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Yuventus"u qəbul edəcək.

Bizim.Media xəbər verir ki, Mario Lemina vacib matçda komandaya kömək edə bilməyəcək.
 

Bu barədə baş məşqçi Okan Buruk məlumat verib. Qabonlu yarımmüdafiəçi zədəlidir. 32 yaşlı futbolçu cavab görüşünə kimi hazır olacaq. Mario Lemina bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" qarşılaşması 17 fevral tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO