"Sumqayıt" Misli Premyer Liqasının XX turunda, "Araz-Naxçıvan"la qarşılaşmada bəxtsizliklə üzləşib.
Bizim.Media xəbər verir ki, bunu matçdan sonra mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç deyib.
Serbiyalı mütəxəssis səfərdə rəqibə 0:1 hesabı ilə uduzduqları oyunu dəyərləndirib:
"Hesab edirəm ki, bu gün məğlub olmamalıydıq. Penaltidən buraxdığımız bir qol oyunun nəticəsini müəyyənləşdirdi. Futbolda belə şeylər olur. Bərabər səviyyəli oyun göstərsək də, sonda bəxtsizliklə üzləşdik. Qarşıda bizi asan matçların gözlədiyini də deməzdim. Düşünürəm ki, növbəti turlarda da ciddi rəqiblərlə qarşılaşacağıq".
Bizim.Media

- A-
- A
- A+
İdman
05:38 / 16.02.2026
Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"
Hazırda oxunan: Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"
Hazırda oxunan: Saşa İliç: "Araz-Naxçıvan"la oyunda bəxtsizliklə üzləşdik"
596431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































