Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşir – “Qarabağ”ın şansı daha yüksəkdir 

Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşir – “Qarabağ”ın şansı daha yüksəkdir 

Hazırda oxunan: Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşir – “Qarabağ”ın şansı daha yüksəkdir 

0:00
0:00
59618

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək. 

Bizim.Media-nın məlumatına görə, ilk oyun günündə cəmi bir görüş baş tutacaq. Günün yeganə matçında "Qarabağ" "Keşlə"nin qonağı olacaq.

"ASK Arena"dakı qarşılaşma saat 18:00-da başlayacaq. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək. 

Komandalar arasında keçirilmiş ilk matçda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Səfər qolu qaydası ləğv olunduğundan, iki görüşün nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək. 

Azərbaycan Kuboku, 1/4 final 

Cavab oyunu 

11 fevral (cümə) 

18:00. “Keşlə” – “Qarabağ” 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov 

Hakim-inspektor: Babək Quliyev 

AFFA nümayəndəsi: Asif Əliyev 

“ASK Arena”. 

İlk oyun - 0:1. 

Qeyd edək ki, digər cavab oyunları növbəti 2 gündə keçiriləcək. Fevralın 12-də "Sabah" "Neftçi"ni, fevralın 13-də isə "Qəbələ" "Sumqayıt"ı, "Səbail" "Zirə"ni qəbul edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO