Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Hazırda oxunan: Arda Güler tənqid hədəfinə tuş gəldi

595371

"Real"ın "Valensiya" üzərindəki qələbəsinə (2:0) baxmayaraq komandanın gənc ulduzu Arda Güler İspaniya mətbuatının sərt tənqidinə məruz qalıb.

Bizim.Media xəbər verir ki, yerli media türkiyəli futbolçunun performansını qeyri-kafi qiymətləndirib.

Jurnalistlər onun komanda oyununa uyğunlaşa bilmədiyini və gözləntiləri doğrultmadığını iddia ediblər.

Xüsusilə "Cadena SER" radiosu gənc yarımmüdafiəçi barədə olduqca sərt fikirlər səsləndirib:

"Onun lazımi keyfiyyətləri yoxdur. O, heç vaxt yeni Modriç olmayacaq. Arda istedadlıdır, keyfiyyətli oyunçudur, amma komandanın hazırda axtardığı səviyyədən uzaqdır".

"Real"ın sabiq futbolçusu Rafa Alkorta da Ardanı tənqid edənlərə qoşulub. O, futbolçunun müdafiəyə kömək etməməsindən şikayətlənib:

"Hamımız görürük ki, o, yaxşı oyunçudur, meydanda ən yaxşı sol ayaq ondadır. Amma o, Türkiyədəki kimi oynamaq istəyir. İstəyir ki, bütün komanda ona işləsin, o da meydanda sərbəst olsun. Ancaq burada işlər belə getmir. Arda sadəcə son ötürməni düşünməməli, yarımmüdafiəyə və müdafiəyə daha çox kömək etməlidir. Bunu isə etmir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO