Misli Premyer Liqasının XIX turunda daha bir görüş baş tutub.
Bizim.Media xəbər verir ki, "Sumqayıt" evdə "Zirə" ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sumqayıt"ın heyətində Nikola Ninkoviçlə (26) Aleksandr Ramalinqom (50) fərqləniblər. "Zirə"nin qollarını isə Davit Volkov (24) və Qismət Alıyev (35) və Giorgi Papunaşvili (88) vurublar.
Bu nəticədən sonra xallarının sayını 32-yə yüksəldən "Zirə" üçüncü pillədə yer alıb. 30 xala malik "Sumqayıt" isə beşincidir.
Qeyd edək ki, turun bu gün baş tutan açılış matçında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:08 / 08.02.2026
"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO
Hazırda oxunan: "Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO
Hazırda oxunan: "Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO
595137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































