Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Hazırda oxunan: Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

595127

Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, idmançı "WTT Youth Star Contender Tunis 2026" turnirində U-15 kateqoriyasında əsas mükafata layiq görülüb.

Milli komandanın üzvü Tunisin eyniadlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birgə bütün oyunları qələbə ilə başa vuraraq, 1-ci yeri tutub.

Şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO