"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

Hazırda oxunan: "Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

594738

“Barselona” klubu Robert Levandovskini komandada saxlamaqda maraqlıdır.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi Levandovskiyə yeni müqavilə təklif etməyə hazırdır.

Ancaq klub futbolçunun hazırda ən yüksək maaş alan oyunçulardan biri olduğunu nəzərə alaraq əməkhaqqının ciddi şəkildə azaldılmasını tələb edir.
 

Məlumata görə, baş məşqçi Hansi Flik Levandovskinin fədakarlığından və məhsuldarlığından (186 oyunda 116 qol) son dərəcə razıdır. Flik və idman direktoru hesab edirlər ki, avqustda 38 yaşı tamam olacaq forvardın təcrübəsi əvəzsizdir. Yeni layihədə ona əsasən rotasiya oyunçusu rolu verilməsi və gənc futbolçuların inkişafına töhfə göstərməsi planlaşdırılır.


Klub Levandovskinin maaşından qənaət ediləcək vəsaiti heyətin gücləndirilməsinə yönəltmək niyyətindədir. “Barselona”nın yay transfer pəncərəsində əsas prioriteti isə elit səviyyəli yeni hücumçu almaqdır.

Qeyd edək ki, polşalı forvard bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO