"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

Hazırda oxunan: "Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

594735

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın 20-ci turundan sonra sərt qərarlar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu qərarlar fonunda "Beşiktaş" və "Fənərbağça" ciddi itkilərlə üzləşib.
 

"Beşiktaş"ın "Konyaspor"la matçında (31.01.2026) birbaşa qırmızı vərəqə görərək meydandan qovulan Kristjan Asllani 2 oyunluq diskvalifikasiya olunub. Qurum bunu futbolçunun rəqibə qarşı ciddi qayda pozuntusu etməsi ilə əsaslandırıb.


"Fənərbağça"nın ulduz müdafiəçisi Milan Skriniar da cəzasız qalmayıb. "Kocaelispor"la qarşılaşmada rəqib azarkeşlərə qarşı qeyri-etik hərəkətlər edən futbolçuya 2 oyunluq cəza tətbiq olunub. Bununla yanaşı o, 80 min TL məbləğində cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO