“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

Hazırda oxunan: “Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

594705

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra komandanın uğurları üçün çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.


Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO