Türkiyə Kuboku çərçivəsində keçirilən “Qalatasaray” – “İstanbulspor” (3:1) qarşılaşmasında oyunu kölgədə qoyan qorxulu anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, matçın ikinci hissəsinin əvvəlində “İstanbulspor”un qapıçısı İsa Doğan ilə “Qalatasaray”ın futbolçusu Əhməd Kutucu arasında baş verən bədbəxt toqquşmadan sonra hər iki oyunçu meydanda huşunu itirib.
Hadisədən dərhal sonra tibbi heyətlər uzun müddət meydanda onlara müdaxilə etməyə çalışıblar.
İsa Doğan xəstəxanaya aparılıb. Toqquşma zamanı müvəqqəti olaraq huşunu itirən Əhməd Kutucu isə oyunu davam etdirə bilməyib. “Qalatasaray” onun yerinə İsmayıl Yakobsu meydana buraxıb.
Qısa fasilədən sonra qarşılaşma davam etdirilib.
“Qalatasaray” klubu hadisədən sonra rəsmi sosial media hesabında paylaşım edərək İstanbulsporun qapıçısına dəstək mesajı yayımlayıb:
“Tezliklə sağal, İsa Doğan! Ümid edirik ki, ən qısa zamanda səndən xoş xəbərlər eşidəcəyik”.



Bizim.Media

































































































