İdmançılarımızın fevral ayı üzrə reytinq cədvəli açıqlandı

İdmançılarımızın fevral ayı üzrə reytinq cədvəli açıqlandı

Hazırda oxunan: İdmançılarımızın fevral ayı üzrə reytinq cədvəli açıqlandı

593845

Fevral ayı üzrə Azərbaycan idmançılarının reytinq cədvəli müəyyənləşib. Siyahıya müxtəlif idman növlərində uğurlu çıxışları ilə fərqlənən atletlər daxil edilib.

Bizim.Media xəbər verir ki, reytinqə yunan-Roma güləşi üzrə çıxış edən Həsrət Cəfərov 480 xalla liderlik edir. İkinci pillədə sərbəst güləşçi Giorgi Meşvildişvili 460 xalla qərarlaşıb. İlk üçlüyü isə cüdoçu Zelim Kotsoyev 430 xalla tamamlayır.
 

Dördüncü sırada yunan-Roma güləşçisi Ülvü Qənizadə 400 xalla yer alıb. Beşinci pillədə 370 xalla cüdoçu Elcan Hacıyev qərarlaşıb. Sərbəst güləşçilər Osman Nurmaqomedov və Arseniy Djioyev hərəyə 340 xalla növbəti yerləri bölüşürlər. Səkkizinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb.


Doqquzuncu sırada isə eyni xalla yunan-Roma güləşçisi Murad Əhmədiyev yer alıb.

Reytinq cədvəlinin ilk onluğunu 320 xalla yunan-Roma güləşi üzrə Olimpiya çempionu Eldəniz Əzizli tamamlayır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO