“Mançester Siti”nin portuqaliyalı müdafiəçisi Ruben Diaş xoşagəlməz hadisə ilə üzləşib.
Bizim.Media xəbər verir ki, futbolçunun evi Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qalatasaray”la oyun (2:0) zamanı qarət olunub.
Diaş həmin vaxt stadionda olub, onun britaniyalı televiziya aparıcısı olan sevgilisi isə Cənubi Afrikada çəkilişdə iştirak edib.
Bildirilib ki, Alderli-Edc ərazisində yerləşən malikanəyə daxil olan naməlum şəxslər zinət əşyaları, elektronika, geyimlər və digər qiymətli əşyaları oğurlayıblar. Yerli polis hadisəni təsdiqləyib.
Hazırda saxlanılan şəxs yoxdur, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ruben Diaş bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 25 oyuna çıxıb və 2 qol vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:43 / 31.01.2026
Ruben Diaşın evi QARƏT OLUNDU
Hazırda oxunan: Ruben Diaşın evi QARƏT OLUNDU
Hazırda oxunan: Ruben Diaşın evi QARƏT OLUNDU
593668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































