31 yanvar - 1 fevral tarixlərində Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnir keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Azərbaycan komandası yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.
İdmançılarımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.
Yarışda iştirak edəcək heyəti təqdim edirik:
Kişilər
60 kq : Babarəhim Mirzəyev , Murad Muradlı , Murad Əliyev, Fərid Qarayev
66 kq : Hüseyn Allahyarov , Yaşar Nəcəfov , Tofiq Məmmədov
73 kq : Kamran Süleymanov, Əbil Yusubov
81 kq : Cəsur İbadlı , Mehdi Abbasov
90 kq : Əli Qazıməmmədov, Zelim Tçkayev
100 kq : Davud Namazlı , Nihad Şıxəlizadə
100 kq-dan çox : Ramazan Əhmədov, Camal Feyziyev
Qadınlar:
48 kq : Şəfəq Həmidova, Diana Tçkayeva
52 kq : Könül Əliyeva , Çinarə Sadıqova, Aydan Vəliyeva , Gültac Məmmədəliyeva , Leyla Əliyeva
57 kq : Ülviyyə Bayramova
63 kq : Fidan Əlizadə , Nərgiz Hacıyeva
70 kq : Aytac Qardaşxanlı , Südabə Ağayeva
78 kq : Nərmin Əmirli
78 kq-dan çox : Madina Kaisinova
Bizim.Media
































































































