PSJ-nin baş məşqçisi: “Qarabağ”la oynamaq daha yaxşıdır”

PSJ-nin baş məşqçisi: “Qarabağ”la oynamaq daha yaxşıdır”

Hazırda oxunan: PSJ-nin baş məşqçisi: “Qarabağ”la oynamaq daha yaxşıdır”

593388

Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblər barədə danışan PSJ-nin baş məşqçisi Luis Enrike “Qarabağ”la qarşılaşmaq istədiklərini bildirib.

Bizim.Media xəbər verir ki, klubun rəsmi saytına danışan ispan mütəxəssis bu barədə danışıb:

"Əgər pley-offa çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, o da bizik. Həm “Monako”, həm də "Qarabağ"la qarşılaşmağa hazırıq. Görəcəyik. Ümid edirəm ki, bu, Fransa komandası olmayacaq. Çünki fransızlara qarşı oynamaqdan bezmişik. Başqa ölkəyə gedib "Qarabağ"la oynamaq daha yaxşıdır. Çətin səfər oyunlarına öyrəşmişik".

Xatırladaq ki, Azərbaycan çempionu pley-off mərhələsində ya PSJ, ya da “Nyukasl”la qarşılaşacaq. Püşkatma sabah keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO