Qapıçı sonuncu dəqiqədə qol vurdu, komandası pley-off-a çıxdı - Video

Qapıçı sonuncu dəqiqədə qol vurdu, komandası pley-off-a çıxdı - Video

Hazırda oxunan: Qapıçı sonuncu dəqiqədə qol vurdu, komandası pley-off-a çıxdı - Video

593315

Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda keçirilən “Benfika” – “Real” qarşılaşması həyəcanlı anlarla yadda qalıb.

Bizim.Media xəbər verir ki, “Benfika”nın 4:2 hesabı ilə qalib gəldiyi matçda sonuncu qol 90+8-ci dəqiqədə vurulub.

Ən maraqlı məqam isə həmin qolun “Benfika”nın qapıçısı Anatoli Trubin tərəfindən vurulmasıdır.

Qeyd edək ki, Portuqaliya təmsilçisi məhz bu qolla növbəti mərhələyə yüksəlib. Belə ki, qol fərqini ikiyə yüksəldən “Benfika” “Marsel”i geridə qoyub və turnir cədvəlində 24-cü pilləni tutaraq, pley-off mərhələsinə vəsiqə qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO