Mövsümün azarkeş rekordu - Azərbaycan Premyer Liqasında

Mövsümün azarkeş rekordu - Azərbaycan Premyer Liqasında

Hazırda oxunan: Mövsümün azarkeş rekordu - Azərbaycan Premyer Liqasında

59327

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.  

Bizim.Media xəbər verir ki, 15-ci turun “Neftçi” – “Qarabağ” oyununu 3500 tamaşaçı izləyib.  

Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdəki tamaşaçı sayı cari çempionat üçün ən yüksək rəqəmdir.  

“Bakcell Arena”dakı oyuna qədər də rekord eyni komandaların eyni stadiondakı matçına məxsus idi. Həmin vaxt da indiki nəticənin qeydə alındığı 3-cü turun oyununu 3300 tamaşaçı izləyib.  
Qeyd edək ki, tamaşaçı sayında mövsümün üçüncü göstəricisi VI tura təsadüf edib. “Qarabağ”ın “Qəbələ” ilə oyununu (2:0) 1600 izləyici seyr edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO