İspaniya La Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu ada "Real Sosyedad"ın çalışdırıcısı Pelleqrino Matarazzo layiq görülüb.
San-Sebastyan təmsilçisi ötən ay çempionatda keçirdiyi 4 oyunda inamlı təsir bağışlayıb.
Komanda "Atletiko" ilə heç-heçə (1:1) edib, "Xetafe" (2:1), "Barselona" (2:1) və "Selta" (3:1) üzərində qələbələr qazanıb.
Qeyd edək ki, hazırda "Real Sosyedad" turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu fevralın 1-də səfərdə "Atletik"ə (Bilbao) qarşı keçirəcək.
Bizim.Media
































































































