Sabiq "Liverpul"lu "Ayntraxt"ın yeni baş məşqçisi OLA BİLƏR

Sabiq "Liverpul"lu "Ayntraxt"ın yeni baş məşqçisi OLA BİLƏR

Hazırda oxunan: Sabiq "Liverpul"lu "Ayntraxt"ın yeni baş məşqçisi OLA BİLƏR

593256

"Ayntraxt" klubunun baş məşqçi vəzifəsinə yeni namizədlər bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq məlumat paylaşıb. 

Onun sözlərinə görə, klubun çalışdırıcısı olmaq üçün ən real namizəd vaxtilə "Liverpul"da forma geyinmiş Albert Rieradır.

Hazırda Sloveniyanın "Çelye" klubunu çalışdıran ispaniyalı mütəxəssisin istefaya göndərilən Dino Topmölleri əvəzləməsi gözlənilir.
 

Klub rəhbərliyi Riera ilə razılığa gələ bilməyəcəyi təqdirdə ehtiyat variantları da nəzərdən keçirir. Belə ki, siyahıda "Bodo Qlimt"dən Kyetil Knutsen, "Kopenhagen"dən Yakob Neestrup və son iş yeri "Leyptsiq" olan Marko Rozenin də adları var.


Qeyd edək ki, "Ayntraxt" Bundesliqada geridə qalan 19 turdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqası zonasından (4-cü yer) 9 xal geri qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO