“Beşiktaş” “Liverpul”un futbolçusu ilə MARAQLANIR

“Beşiktaş” “Liverpul”un futbolçusu ilə MARAQLANIR

Hazırda oxunan: “Beşiktaş” “Liverpul”un futbolçusu ilə MARAQLANIR

593241

"Roma"nın "Liverpul"dan icarəyə götürdüyü Konstantinos Tsimikas karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" İtaliya klubunda əsas heyətə düşə bilməyən yunanıstanlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

İstanbulk nəhəngi Tsimikası icarə əsasında heyətinə qatmağı planlaşdırır. "Beşiktaş" 29 yaşlı sol cinah müdafiəçisinin müqavilə ilə məxsus olduğu "Liverpul"la danışıqlara başlayıb.

Qeyd edək ki, Konstantinos Tsimikas mövsümün əvvəlində "Roma"ya keçib. Yunanıstan millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO