“Tottenhem”in futbolçuları qəzaya düşdü - FOTO

“Tottenhem”in futbolçuları qəzaya düşdü - FOTO

Hazırda oxunan: “Tottenhem”in futbolçuları qəzaya düşdü - FOTO

593171

“Tottenhem”in futbolçuları Vilson Odober və Randal Kolo Muani avtomobil qəzası keçiriblər.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün yaşanıb.

Oyunçular Çempionlar Liqası çərçivəsində “Ayntraxt”la oyun üçün Almaniyaya uçuşa görə hava limanına gediblər. Nəticədə M25 avtomobil yolunda qəza baş verib.
 

Komandanın baş məşqçisi Tomas Frank bildirib ki, qəzaya səbəb təkərin partlaması olub və bu da toqquşma ilə nəticələnib. Qəzaya uğrayan avtomobil isə Kolo Muaniyə məxsus “Ferrari”dir. Avtomobil ciddi şəkildə zədələnib və təhlükəsizlik yastıqları açılıb.


İndi futbolçular yaxşıdırlar. Klubun tibb heyəti artıq oyunçuları müayinə edib və ciddi zədə aşkarlanmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO