“Liverpul”un hansı futbolçuları “Qarabağ”a qarşı OYNAMAYACAQ?

“Liverpul”un hansı futbolçuları “Qarabağ”a qarşı OYNAMAYACAQ?

Hazırda oxunan: “Liverpul”un hansı futbolçuları “Qarabağ”a qarşı OYNAMAYACAQ?

593147

“Liverpul”un 3 futbolçusunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda “Qarabağ”la oyunda iştirakı sual altındadır.

Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, müdafiəçilər İbrahima Konate, Co Qomes və hücumçu Federiko Kyezanın durumu bəlli deyil.

Hər üç oyunçu hazırda zədədən əziyyət çəkir. Konatenin həmçinin psixoloji problemləri də var. Xüsusən də Qomes Premyer Liqanın geridə qalan turunda xəsarət alıb.
 

Düzdür, məşqçilər korpusu son ana qədər onların durumunu diqqət mərkəzində saxlamaq fikrindədir. Lakin həm Qomes, həm Konate, həm də Kyezanın bugünkü qarşılaşmada iştirakı gözlənilmir.


Müdafiəçi Konor Bredli, yarımmüdafiəçilər Stefan Bayçetiç, Covanni Leoni, həmçinin hücumçular Aleksander İsak və Ceyden Dennsin isə hələ bir müddət kollektivdən uzaq qalacaqları dəqiqdir.

Qeyd edək ki, bu gün “Enfild Roud”da keçiriləcək “Liverpul” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO