Baş məşqçi gənc hakimdən ÜZR İSTƏDİ

Baş məşqçi gənc hakimdən ÜZR İSTƏDİ

Hazırda oxunan: Baş məşqçi gənc hakimdən ÜZR İSTƏDİ

593079

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada debüt edən hakim Farai Hallamdan üzr istəyib.

Bizim.Media xəbər verir ki, ispaniyalı mütəxəssis "Vulverhempton"la oyunda (2:0) VAR monitoruna yaxınlaşmasına rəğmən, rəqib oyunçunun (Yerson Moskera) əllə oynamasına görə penalti təyin etməyən referi barədə sərt fikirlər səsləndirmişdi.

Lakin Qvardiola son mətbuat konfransında geri addım atıb:
 

"Əgər o, özünü təhqir olunmuş hiss edirsə, üzr istəyirəm. Hakimlər bəyanatları ilə bir-birini qoruyurlar, bu aydındır. Amma mən də öz klubumu və oyunçularımı qorumalıyam. Burada işlədiyim müddətdə hakimlərə qarşı hər zaman hörmətlə yanaşmışam, məğlub olanda belə danışmamışam. Ancaq belə səhvlər olanda susmaq olmur".


Qeyd edək ki, sözügedən qalmaqaldan sonra Hallam Premyer Liqanın növbəti turuna təyinat almayıb. Bu isə Hakimlər Komitəsinin onun idarəçiliyindən narazı olduğunun göstəricisi kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO