“Qarabağ” liqa oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək

“Qarabağ” liqa oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək

Hazırda oxunan: “Qarabağ” liqa oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək

592982

“Qarabağ” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, “Turan Tovuz” klubunun da müvəqqəti ev oyununu keçirəcəyi “Azersun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə fevralın 1-dən etibarən ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Bu barədə Bizim.Media-ya PFL-dən məlumat verilib.

Stadionun hazırki durumu, “Qarabağ” klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunlarının fevralın 1-ə təyin olunan “Turan Tovuz” görüşündən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə qərar verib.

Görüşün başlama saatı və günü ilə bağlı dəyişiklik yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO