Qvardioladan "Arsenal"la bağlı ETİRAF

Qvardioladan "Arsenal"la bağlı ETİRAF

Hazırda oxunan: Qvardioladan "Arsenal"la bağlı ETİRAF

592394

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqası çempionluğu uğrundakı əsas rəqibləri "Arsenal" haqda danışıb.

Bizim.Media xəbər verir ki, mütəxəssis hazırda turnir cədvəlinə liderlik edən London təmsilçisinə təriflər yağdırıb və onların dünyanın ən yaxşısı olduğunu etiraf edib:

"Arsenal" hazırda dünyanın ən yaxşı komandasıdır. Premyer Liqaya, Çempionlar Liqasına, İngiltərə kubokuna, Liqa kubokuna baxın.

Ümid edirəm ki, biz xal fərqini aradan qaldırmağa nail ola, getdikcə daha yaxşı oynaya bilərik. "Arsenal" onlara çatmağımız üçün bizə bir şans verəcək".

Qeyd edək ki, Premyer Liqada lider "Arsenal"ın 50 xalı var. "Mançester Siti" isə 43 xalla 2-cidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO