Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt Frankfurt"u sınağa çəkəcək

Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt Frankfurt"u sınağa çəkəcək

Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt Frankfurt"u sınağa çəkəcək

591831

UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, təmsilçimiz Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
 

Matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Şarer olacaq. FIFA referisinə Stefan de Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da isə Lukas Fandrix yer alacaq.


Qeyd edək ki, "Qarabağ" növbəti oyununu yanvarın 29-da səfərdə "Liverpul" klubuna qarşı keçirəcək.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin altı turunda iki qələbə, bir heç-heçə və üç məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO