“Beşiktaş”ın legioneri “Benfika”ya KEÇİR

“Beşiktaş”ın legioneri “Benfika”ya KEÇİR

Hazırda oxunan: “Beşiktaş”ın legioneri “Benfika”ya KEÇİR

591799

"Beşiktaş"ın futbolçusu Rafa Silva ölkəsinə qayıdacaq.

Bizim.Media xəbər verir ki, "Benfika" portuqaliyalı hücumçunun transferi ilə bağlı razılıq əldə edib. Bu barədə "TRT Spor" kanalı məlumat yayıb.

"Qara qartallar" Rafanın satışından 7 milyon avro gəlir əldə edəcək. 32 yaşlı forvard yaxın zamanda Lissabona gedərək yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafa Silva 2024-cü ilin yayında "Benfika"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Beşiktaş"a keçmişdi. Portuqaliya millisinin sabiq üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO