Vernidub bu futbolçunu “Neftçi”də SAXLADI

Vernidub bu futbolçunu “Neftçi”də SAXLADI

Hazırda oxunan: Vernidub bu futbolçunu “Neftçi”də SAXLADI

591795

"Neftçi" ukraynalı futbolçusu Andrey Ştoqrini mövsümün ikinci yarısı üçün Misli Premyer Liqasında sifariş edib.

Bizim.Media xəbər verir ki, artıq 27 yaşlı yarımmüdafiəçi mövsümün ikinci hissəsində "Neftçi"nin heyətində meydana çıxa biləcək.  

Mövsümün əvvəlində heyətə daxil edilməmiş Ştoqrin qış təlim-məşq toplanışında Yuri Vernidubun etimadını qazanıb.

Ukraynalı futbolçunun "Neftçi" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024-cü il iyul ayında “ağ-qaralar”a keçmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO