Kapitan "Qarabağ"la oyundan DANIŞDI

Kapitan "Qarabağ"la oyundan DANIŞDI

Hazırda oxunan: Kapitan "Qarabağ"la oyundan DANIŞDI

591765

"Bizi vacib oyunlar gözləyir. Mümkün qədər tez dəyişiklik etməli və qələbələr qazanmalıyıq. Hazırda çətin bir dövrdən keçiririk".

Bizim.Media xəbər verir ki, bu sözləri "Ayntraxt"ın kapitanı Robin Koç UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun "Qarabağ"la keçiriləcək oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

O, son zamanlar öz səhvlərindən uğur qazana bilmədiklərini və artıq bu problemləri aradan qaldırmalı olduqlarını bildirib:
 

"Son oyunlarda həddindən artıq yanlış qərarlar vermişik. Hamı hər zaman maksimumunu ortaya qoymaq istəyirdi. Gələcəkdə birlikdə çıxış etməli və buraxdığımız qollarla bağlı problemləri nəzarət altına almalıyıq. Azarkeşlərimizin bizim üçün nə qədər önəmli olduğunu hamı bilir. Sabah yanımızda olmasalar da, arxamızda olduqlarını bilirik".


Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO