Qurban Qurbanov futbolçuları ilə bu tədbirə qatıldı – FOTO

Qurban Qurbanov futbolçuları ilə bu tədbirə qatıldı – FOTO

Hazırda oxunan: Qurban Qurbanov futbolçuları ilə bu tədbirə qatıldı – FOTO

59171

“ASAN xidmət”ə 50 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, bu haqda “ASAN Xidmət” məlumat yayıb.

Bu müraciət 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə Turan Haşımov tərəfindən edilib. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

Bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak edib.

Turan Haşımova hədiyyə və təşəkkürnamə təqdim olunub.

Balaca Turandan onun maraq dairəsi ilə bağlı soruşulub və  idmana, xüsusilə futbola olan istəyi nəzərə alınaraq “ASAN xidmət” tərəfindən "Qarabağ" futbol klubunun üzvləri də tədbirə dəvət ediliblər.
Baş məşqçi Qurban Qurbanov və komandanın üzvləri tərəfindən 50 milyonuncu müraciətin sahibi kimi Turana klubun forması və top hədiyyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO