"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada klubunu dəyişəcək.
Bizim.Media xəbər verir ki, "Jirona" almaniyalı qolkiperin keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında şifahi razılıq əldə olunub. 33 yaşlı "əlcək sahibi" mövsümün ikinci yarısını icarə əsasında "Jirona"da keçirəcək.
Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegeni 2014-cü ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. Kapitan bu mövsüm Kataloniya təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
12:58 / 20.01.2026
Andre Ter Ştegen bu kluba keçəcək
Hazırda oxunan: Andre Ter Ştegen bu kluba keçəcək
Hazırda oxunan: Andre Ter Ştegen bu kluba keçəcək
591706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































