"Karvan-Yevlax" sabiq baş məşqçisinə təzminat ÖDƏDİ

"Karvan-Yevlax" sabiq baş məşqçisinə təzminat ÖDƏDİ

Hazırda oxunan: "Karvan-Yevlax" sabiq baş məşqçisinə təzminat ÖDƏDİ

591603

"Karvan-Yevlax" sabiq baş məşqçisi Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib.

Bizim.Media xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
 

Qeyd olunur ki, son bir neçə ay ərzində klubla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı.


Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilib və müqaviləyə xitam verilib.

Eyni zamanda baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunub.

Xatırladaq ki, "Karvan-Yevlax" ötən ilin noyabrında Azər Həşimovla yollarını ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO