Afrikalı futbolçu “Araz Naxçıvan”a keçmək istəyir

Afrikalı futbolçu “Araz Naxçıvan”a keçmək istəyir

Hazırda oxunan: Afrikalı futbolçu “Araz Naxçıvan”a keçmək istəyir

591371

Benin liqasının “Loto Popo” futbol komandasında oynayan Əbdülvahab Şehu Tijani yeni klub tapmaq məqsədilə sınaq üçün “Araz-Naxçıvan” klubuna rəsmi müraciət edib.

Bizim.Media xəbər verir ki, futbolçu məşqçi və ya klub rəhbərliyinə ünvanladığı müraciətdə Afrikada üç müxtəlif komandada çıxış etdiyini bildirib.

Hücumçu mövqeyində oynayan Tijani eyni zamanda hücumameyilli yarımmüdafiəçi kimi də forma geyinə bildiyini vurğulayıb.

O, öz bacarıqlarını sınaq məşqi zamanı nümayiş etdirməyə hazır olduğunu və komandaya faydalı ola biləcəyinə inandığını qeyd edib. Futbolçu sınaq üçün istənilən vaxt hazır olduğunu bildirərək, karyerası və keyfiyyətləri barədə daha ətraflı müzakirə aparmaq istədiyini də əlavə edib.

Qeyd edək ki, "Araz-Naxçıvan" klubu bu gün yoxlama oyunu keçirəcək. Naxçıvan təmsilçisi təlim-məşq toplanışı çətçivəsində I Liqa təmsilçisi "Zaqatala" ilə üz-üzə gələcək. Oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında, saat 13:00-da başlaycaq.

Xatırladaq ki, afrikalı futbolçuların son illərdə müxtəlif çempionatlarda uğurlu çıxışları klubların bu bazara marağını daha da artırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO