İtaliya UEFA-ya müraciət etdi - SƏBƏB

İtaliya UEFA-ya müraciət etdi - SƏBƏB

Hazırda oxunan: İtaliya UEFA-ya müraciət etdi - SƏBƏB

59135

İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmək niyyətindədir.

Bizim.Media ANSA agentliyinə istinadla xəbər verir ki, İtaliya Futbol Federasiyasının rəhbərliyi UEFA-ya turnirin təşkilində maraqlı olduqları barədə məlumat verib.

Agentliyin məlumatına görə, namizədlik layihəsi 2023-cü il aprelin 12-dək təqdim edilməlidir. Çempionatın yeri ilə bağlı qərarın 2023-cü ilin sentyabrında veriləcəyi gözlənilir.
Bundan əvvəl İtaliya 1968-ci və 1980-ci illərdə Avropa çempionatına ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO