Afrika Millətlər Kubokunun bürünc mükafatçısı BƏLLİ OLDU

Afrika Millətlər Kubokunun bürünc mükafatçısı BƏLLİ OLDU

Hazırda oxunan: Afrika Millətlər Kubokunun bürünc mükafatçısı BƏLLİ OLDU

591320

Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Kasablankadakı "V Məhəmməd" stadionunda baş tutan həlledici görüşdə Misir və Nigeriya yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyən etmək üçün təyin olunan penaltilər seriyasında isə Nigeriya millisi rəqibindən üstün olub - 4:2.

Qeyd edək ki, Misir yığmasının kapitanı Məhəmməd Salah penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və komandasını məyus edib.

Xatırladaq ki, yarımfinal mərhələsində Nigeriya Mərakeşə, Misir isə Seneqala məğlub olmuşdu. Turnirə yanvarın 18-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO