Afrika Millətlər Kuboku çərçivəsində yeni rekord qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Seneqal millisinin ulduz hücumçusu Sadio Mane Misirlə yarımfinal qarşılaşmasında yeganə qolun müəllifi olub.
O, oyunun 78-ci dəqiqəsində fərqlənərək Məhəmməd Salahın komandasını turnirdən kənarlaşdırıb.
Bu qol həm də statistik baxımdan tarixi əhəmiyyət daşıyır. Belə ki, Manenin vurduğu top cari turnirdəki 120-ci qol olub və bu, Afrika Kuboku tarixində yeni mütləq rekorddur. Bundan əvvəlki ən yüksək göstərici (119 qol) 2023-cü ildəki turnirdə qeydə alınmışdı.
Qeyd edək ki, Seneqal yığması finalda Mərakeş millisi ilə üz-üzə gələcək. Qitənin ən nüfuzlu turnirinin həlledici görüşü yanvarın 18-də, bazar günü Mərakeşin Rabat şəhərində keçiriləcək.
Bizim.Media



































































































