“Atletiko” onunla müqaviləni UZATDI

“Atletiko” onunla müqaviləni UZATDI

Hazırda oxunan: “Atletiko” onunla müqaviləni UZATDI

591017

“Atletiko Madrid” klubu argentinalı vinger Culiano Simeone ilə müqavilənin müddətini uzadıb. Klubun rəsmi açıqlamasına əsasən, 23 yaşlı futbolçunun sözləşməsi 30 iyun 2030-cu ilədək artırılıb.

Bizim.Media xəbər verir ki, yeni müqavilə əvvəlki anlaşmanın bitdiyi 2028-ci ildən sonra daha iki mövsümü əhatə edir.

Son il yarımda əsas komandada parlaq çıxışı ilə diqqət çəkən futbolçu bu müddətdə “Atletiko” forması ilə 77 oyuna çıxıb.
 

Dieqo Simeonenin rəhbərliyi altında komandanın əsas üzvlərindən birinə çevrilən hücumçu sürəti, döyüşkənliyi, fədakarlığı və həm hücumda, həm də müdafiədə verdiyi töhfələrlə seçilir. Hazırda sağ cinahın dəyişməz oyunçusu hesab olunur.


Culiano Simeone daha əvvəl icarə əsasında “Saraqosa” (2022–23) və “Alaves”də (2023–24) çıxış edib. O, 2024-cü ilin yayında “Atletiko Madrid”ə qayıdaraq indiki səviyyəsinə yüksəlib.

77 oyunda 8 qol və 16 məhsuldar ötürmə edən Simeone klubun açıqlamasında “meydandakı əzmkarlığı ilə azarkeşlərin sevimlilərindən birinə çevrilən futbolçu” kimi xarakterizə olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO