“Qarabağ” bir neçə futbolçu ilə danışıqlar aparır - Baş məşqçi açıqladı

“Qarabağ” bir neçə futbolçu ilə danışıqlar aparır - Baş məşqçi açıqladı

Hazırda oxunan: “Qarabağ” bir neçə futbolçu ilə danışıqlar aparır - Baş məşqçi açıqladı

59095

“Qarabağ” bu qış heyətinə növbəti futbolçular cəlb edə bilər.

Bizim.Media xəbər verir ki,  bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, transfer pəncərəsinin son günləri olmasına baxmayaraq, hələ də heyəti gücləndirmək istəyirlər.

Q.Qurbanov transfer etmək istədikləri futbolçuların adlarını açıqlamayıb.

“Çox futbolçuya müqavilə təklifi göndərmişik. Bəzisinə 2, bəzisinə 3 illik müqavilə təklif etmişik. Danışıqlar davam edir”.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsində Rüstəm Əhmədzadə, Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO