Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

Hazırda oxunan: Afrika Kubokunda GƏRGİN ANLAR: Salah hər kəsi qəzəbləndirdi

590836

Afrika Millətlər Kubokunun yarımfinal mərhələsində Seneqal və Misir milliləri arasındakı qarşılaşmada gərgin anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, matçın 40-cı dəqiqəsində Misir yığmasının futbolçusu Məhəmməd Salahın Sadio Maneyə qarşı kobud oynaması meydanda gərginliyi artırıb. 
 

Futbolçular və məşqçilər korpusu hadisəyə dərhal sərt reaksiya verib. Hər iki komandanın ehtiyat oyunçular skamyası arasında qarşıdurma yaransa da, xoşbəxtlikdən insident tez bir zamanda yatırılıb.


Seneqal millisinin futbolçusu Kalidu Kulibali ilə də işlər yolunda getməyib. Misirlə oyunda sarı vərəqə alan müdafiəçi cəzalı duruma düşdüyü üçün komandası finala çıxacağı təqdirdə həlledici matçı buraxmalı olacaqdı.

Lakin təcrübəli futbolçu bu görüşdə də komandasına sona qədər kömək edə bilməyib və meydanı erkən tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, qarşılaşma hazırda davam edir və qapılara qol vurulmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO