“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

Hazırda oxunan: “Mançester Yunayted” qışı transfersiz başa vuracaq?

590830

"Mançester Yunayted" qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırmır.

Bizim.Media xəbər verir ki, Maykl Karrikin baş məşqçi təyin olunmasından sonra klub rəhbərliyi transfer strategiyasını müəyyənləşdirib. 

Bildirilir ki, "qırmızı şeytanlar" yarımüdafiə xəttini gücləndirməyə ehtiyac duysalar da, əsas hədəflərindən heç birini yanvarın sonuna qədər heyətə qata bilməyəcəkləri qənaətinə gəliblər.
 

Klubun maraq dairəsində olan futbolçular arasında Adam Uorton ("Kristal Pelas"), Elliot Anderson ("Nottinqem Forest") və Karlos Balebanın ("Brayton") adları çəkilir. Bundan başqa, rəhbərlik qışda heç bir futbolçunu satmağı və ya icarə əsasında oyunçu cəlb etməyi də planlaşdırmır.


Xatırladaq ki, yanvarın 5-də Ruben Amorim istefaya göndərilib və klub Maykl Karrikə tapşırılıb.

İngiltərə Premyer Liqasında 21 turdan sonra 32 xal toplayan "Mançester Yunayted" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO