Arda Gülərə “Mourinho” şoku

Arda Gülərə “Mourinho” şoku

Hazırda oxunan: Arda Gülərə “Mourinho” şoku

590732

Real Madriddə Superkubokdan sonra baş məşqçi dəyişikliyi yaşanıb. İspaniya nəhəngində Xabi Alonso dövrü başa çatıb.

Bizim.Media “haberler.com” saytına istinadən xəbər verir ki, klub rəhbərliyi akademiyadan yetişən və “Kastilya”nı çalışdıran Alvaro Arbeloanı A komandanın başına gətirib.

Arbeloanın işə başlaması ilə komanda daxilində balansların və heyət seçimlərinin yenidən formalaşacağı gözlənilir.
 

Yeni baş məşqçi Alvaro Arbeloanın Joze Mourinhoya heyranlığı və onun futbol fəlsəfəsinə yaxınlığı İspaniyada geniş rezonans doğurub. Arbeloanın əvvəlki açıqlamalarında özünü “Mourinhista” kimi təqdim etdiyi, bu yanaşmanın intizam və sərtlik vurğusunu ön plana çıxara biləcəyi qeyd olunur.


Xatırladılır ki, Arda Gülər əvvəlki dövrdə Karlo Ançelotti və Xabi Alonso kimi daha çevik yanaşmaları ilə tanınan baş məşqçilərlə çalışıb. Arbeloanın intizamlı və qəti seçimlərə əsaslanan idarəetmə üslubunun gənc futbolçunun forma uğrunda rəqabətinə birbaşa təsir göstərə biləcəyi şərh edilir.

Arbeloanın gəlişi ilə Real Madriddə rəqabətin artacağı, heyət daxilində iyerarxiya və rolların yenidən müəyyənləşdiriləcəyi bildirilir. Arda Gülərin bu prosesdə alacağı oyun vaxtı və meydandakı rolu yeni məşqçi heyətinin yanaşması fonunda yaxından izlənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO