Dembele maaşının iki dəfə artırılmasını İSTƏYİR

Dembele maaşının iki dəfə artırılmasını İSTƏYİR

Hazırda oxunan: Dembele maaşının iki dəfə artırılmasını İSTƏYİR

590081

“Qızıl top”un sonuncu sahibi Usman Dembele PSJ ilə yeni müqavilə imzalamaya bilər.

Bizim.Media xəbər verir ki, Paris klubu fransalı hücumçuya illik 30 milyon avro maaş nəzərdə tutan yeni sözləşmə təklif edib.

Lakin futbolçunun nümayəndəsi bu məbləği kifayət hesab etmir və ikiqat maaş tələb edir. Buna səbəb kimi Dembeleinin 2025-ci ildə qazandığı fərdi mükafatlar göstərilir.

Məlumata görə, PSJ isə maaş strukturunu ciddi şəkildə qorumaq niyyətindədir. Klub ulduz futbolçular arasında balansın pozulmasını istəmir və bu səbəbdən tələblərə razılaşmaq fikrində deyil.

Qeyd edək ki, Dembeleinin PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalı futbolçunun bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

Bu mövsüm Usman Dembele PSJ-nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO