"Sabah" "Lill"dən icarəyə götürdüyü Aaron Maludanın transfer hüququna yiyələnib. Bizim.Media xəbər verir ki, Azərbaycan klubunun fransalı vinger üçün qarşı tərəfə ödədiyi təzminatın məbləği məlum olub.
Belə ki, "bayquşlar" Maludaya görə Fransa klubuna 150 min avro (197 min manat) ödəniş edib.
Fransa U19 millisinin sabiq üzvü Masazır təmsilçisində icarə əsasında çıxış etdiyi dövrdə onun maaşı "Lill" tərəfindən ödənilib.
Qeyd edək ki, "Sabah" Aaron Maludanı 2025-ci ilin sentyabr ayında icarəyə götürmüşdü. Gənc futbolçu komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:04 / 09.01.2026
“Sabah” Maluda üçün nə qədər ödəyib?
Hazırda oxunan: “Sabah” Maluda üçün nə qədər ödəyib?
Hazırda oxunan: “Sabah” Maluda üçün nə qədər ödəyib?
589918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































