Qış fasiləsində hələlik yalnız Veysəl Rzayevi heyətinə qatan “Kəpəz” növbəti transferini tamamlamaq üzrədir.
Bizim.Media xəbər verir ki, Gəncə klubu Mate Abuladzeni düşərgəsinə gətirəcək.
25 yaşlı mərkəz müdafiəçisi tezliklə “Kəpəz”lə müqavilə imzalayacaq.
Abuladze hazırda Gürcüstanın “Samqurali” klubunda çıxış edir. “Transfermarkt” portalı futbolçunun dəyərini 200 min avro qiymətləndirir.
Kutaisi “Torpedo”sunun yetirməsi bir müddət “Samtredia”da da oynayıb. Onun hazırkı klubu ilə müqaviləsi yayda başa çatacaq.
Abuladze “Samqurali”nin heyətində ümumilikdə 118 rəsmi oyunda meydanda olub, 6 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media






























































































