İngiltərəli futbolçu yeni antirekorda İMZA ATDI

İngiltərəli futbolçu yeni antirekorda İMZA ATDI

Hazırda oxunan: İngiltərəli futbolçu yeni antirekorda İMZA ATDI

589769

“Mançester Yunayted”in müdafiəçisi Ayden Heven yeni antirekorda imza atıb.

Bizim.Media xəbər verir ki, futbolçu klub tarixində öz qapısına qol vuran ən gənc oyunçu olub.

Heven sözügedən qolunu İngiltərə Premyer Liqasının 21-ci turunda “Bernli” ilə baş tutan matçın 13-cü dəqiqəsində (2:2) vurub.
 

Qeyd edək ki, gənc müdafiəçi cari mövsümdə Mançester təmsilçisinin heyətində 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Xatırladaq ki, hazırda 32 xalı olan "Mançester Yunayted" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda növbəti turda, yanvarın 17-də derbidə "Mançester Siti" ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO