Bundesliqa matçı təxirə salına bilər

Bundesliqa matçı təxirə salına bilər

Hazırda oxunan: Bundesliqa matçı təxirə salına bilər

589766

Almaniya Bundesliqasının növbəti turu çərçivəsində "Sankt-Pauli" - "Leyptsiq" qarşılaşması təxirə salına bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Hamburq təmsilçisi məlumat yayıb.
 

Bildirilir ki, əlverişsiz hava şəraiti səbəbindən qarşılaşmanın ləğv edilmə ehtimalı var. Belə ki, güclü qar və buzlu yağış Almaniyanın bir sıra bölgələrində, o cümlədən şimal hissəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.


Klub rəsmiləri oyunun vaxtında baş tutması üçün bütün imkanları səfərbər etdiklərini və hazırda gözləmə mövqeyində olduqlarını bildiriblər.

Qeyd edək ki, hazırda "Sankt-Pauli" 12 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Aktivində 29 xal olan "Leyptsiq" isə 4-cü yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO