Rəhman Hacıyev “Səbail”i tərk edir? – Baş məşqçidən AÇIQLAMA

Rəhman Hacıyev “Səbail”i tərk edir? – Baş məşqçidən AÇIQLAMA

Hazırda oxunan: Rəhman Hacıyev “Səbail”i tərk edir? – Baş məşqçidən AÇIQLAMA

589720

Son günlər təcrübəli futbolçu Rəhman Hacıyevin “Səbail”i tərk edəcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. İddialara görə, futbolçunun performansından razı qalmayan baş məşqçi Adil Şükürovun onun klubdan ayrılmasını istəyib. Hətta Rəhmanın Birinci divizionun lideri olan “Şəfa” ilə razılıq əldə etdiyini deyənlər də var.

Məsələni aydınlaşdırmaq üçün “Səbail”in baş məşqçisi Adil Şükürovla əlaqə saxladıq. O,

Bizim.Media-ya açıqlamasında Rəhmanla bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirdi:

“Rəhman Hacıyev heç yerə getmir və bizim müqaviləli futbolçumuzdur. Bəli, mən tək onun yox, bir çoxlarının çıxışından narazıyam. Ancaq bu o demək deyil ki, Rəhman klubdan getməlidir. O, istedadlı futbolçudur və yəqin ki, formasını bərpa edəcək. O ki, qaldı onun məşqlərdə iştirak etməməsinə hazırda ailəsi ilə bağlı şəxsi işləri olduğu üçün ona icazə verilib. İnanıram ki, ikinci dövrədə başqa bir Rəhman Hacıyev izləyəcəyik”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO