“Neftçi”nin məşqçilər heyətinə yeni təyinatlar olub.
Bizim.Media xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər. Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.
Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində “Nazilli Belediyyespor”, “Bucaspor”, “Karşıyaka”, “Altınordu”, “Trabzonspor” və “İkas Eyüpspor” klublarında çalışıb.
Qeyd edək ki, 32 yaşlı Fuad Əsədov isə əvvəllər “Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə
məşqçisi və koordinatoru olub, əvəzedici komandada çalışıb. O, “Rəvan” (U-19) və “Səbail” klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarında da işləyib.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:23 / 08.01.2026
“Neftçi”də yeni məşqçilər
Hazırda oxunan: “Neftçi”də yeni məşqçilər
Hazırda oxunan: “Neftçi”də yeni məşqçilər
589625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































