Millinin oyun günü ölkədə rəsmi tətil olacaq

Millinin oyun günü ölkədə rəsmi tətil olacaq

Hazırda oxunan: Millinin oyun günü ölkədə rəsmi tətil olacaq

589539

Şotlandiya millisinin 21-ci əsrdə ilk dəfə Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanması ölkədə böyük sevincə səbəb olub.

Bizim.Media xəbər verir ki, Şotlandiyanın Baş naziri Con Svini bu münasibətlə yığmanın mundialdakı ilk oyun gününün ölkə üzrə ümumxalq istirahət günü elan edildiyini açıqlayıb.
 

Xatırladaq ki, Şotlandiya sonuncu dəfə mundialda 1998-ci ildə iştirak edib. Onların ilk rəqibi olan Haiti millisi isə 1974-cü ildən bu yana Dünya Çempionatının final mərhələsində iştirak etməyib.


Qeyd edək ki, Şotlandiya millisi Haiti yığması ilə iyunun 15-də qarşılaşacaq.

Şotlandlar qrup mərhələsində Haiti ilə yanaşı, Mərakeş və Braziliya yığmaları ilə də mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO